Karina Kapur
Aktrisa
Karina Kapur 21 sentyabr 1980-cı ildə Hindistanın Mumbay şəhərində anadan olub. Hindistan kinosunun ən nüfuzlu klanı sayılan – Kapurlar ailəsinin dördüncü nəslinin nümayəndəsidir. Pritxvirac Kapurun nəticəsi, böyük hind rejissoru və aktyoru Rac Kapurun nəvəsi, Randhira Kapur və aktrisa Babitanın qızıdır. Əmiləri Rişi Kapur və Raciv Kapurdur. Bacısı Karişma Kapur da onun kimi aktrisadır. 2000-ci ildə Karina Kapur “Qaçqın” filminə çəkilməklə debütünü həyata keçirib. Ekran əsərində tərəf müqabili onun kimi ulduz ailəsindən çıxmış Abhişek Baççan olub. Həmin filmdəki roluna görə “Ən yaxşı debüt qadın rolu” kateqoriyasında "Filmfare Award" mükafatına layiq görülüb. 2001-ci il onun üçün kifayət qədər məhsuldar olub: “Həm sevincdə, həm kədərdə”, “Əcnəbi” və “Aşoka” filmlərinə çəkilib. Başqa adı “İmperator” olan “Aşoka” filmində şahzadə Kaurvaki rolunu oynayıb. Daha çox “Biz necə tanış olduq” (2007), “Üç idiot” (2009), “Okmara” (2006) və “Həm sevincdə, həm kədərdə” (2001) filmlərində oynadığı rollara görə tanınır. 16 oktyabr 2012-ci ildə hind aktyoru Seyfi Əli Xanla evlənib və onların bir oğlu var. Oğlu Teymur Əli Xan 20 dekabr 2016-cı ildə anadan olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Karina_Kapur