Vinod Khanna

Vinod Khanna

Aktyor

BİOQRAFİYA
Vinod Khanna 6 oktyabr 1946-cı ildə Peşəvər şəhərində (indiki Pakistan) anadan olub. Atası Kişançand Khanna parça satışı ilə məşğul olub, anası Kamla evdar xanım olub. Üç bacısı və bir qardaşı var. Doğulmasından çox keçməmiş ailəsi Bombeyə köçüb. 1957-ci ildə ailəsi Dehliyə köçməyi qərara alıb. Təhsilini Dehli Xalq məktəbində davam etdirib. 1960-cı ildə ailəsi yenidən Bombeyə qayıdıb. Burada Lord Bannerin internat məktəbində oxuyub. Ardınca Sudenham kommersiya kollecini bitirib. Kollecdə gələcək həyat yoldaşı Gitancali Taleyarxanla tanış olub. Onlar 1971-ci ildə evləniblər. Növbəti il cütlüyün Rahul adlı oğlu, üç ildən sonra isə Akşay adlı qızı dünyaya gəlib. Hər ikisi hazırda aktyorluqla məşğuldur. 1968-2014-cü illər ərzində 140-a yaxın hinddilli filmə çəkilib." Ən yaxşı ikinci plan kişi rolu" nominasiyasında “Filmfare Award” mükafatı laureatı olub. Kiçik mədəniyyət və turizm naziri postunu tutub, həmçinin xarici işlər naziri vəzifəsində işləyib. 1982-ci ildə ailəsini ataraq Oreqon ştatına (ABŞ) köçüb. Orada Vinod ömrünün beş ilini keçirib, bağbanlıq edib, qab-qacaq və paltar yuyub. Bu vaxt ərzində ailəsi ilə yalnız telefonla əlaqə saxlayıb. Nəticədə 1985-ci ildə arvadı ondan ayrılıb. Hindistana dönüşündən sonra 15 may 1990-cı ildə ikinci dəfə - sənaye maqnatının qızı Sarai Dəftəri ilə evlənib. Onların bu nikahdan Sakşi (1991) adlı oğulları və Şradha (1995) adlı qızları var. Aktyor 27 aprel 2017-ci ildə Mumbayda xərçəng xəstəliyindən dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Vinod_Khanna
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç