Ariel Uinter

Ariel Uinter

Aktrisa

BİOQRAFİYA

Ariel Uinter Uorkmen 28 yanvar 1998-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Valideynləri Qlenn və Kristall Uorkmendir. Anası yunan əsillidir, qızlıq soyadı Batistas olub. Arielin böyük qardaşı və bacısı var. Hər ikisi onun kimi aktrisa və aktyor olub. Uorkmenin atası ona Disney cizgi filminin baş personajının adını qoyub. Uşaqlığı Los-Ancelesdə keçib. Dörd yaşında aktrisa olmağa qərar verib. Altı yaşında Ariel reklam çarxına çəkilməyə başlayıb, “Cool Whip” qaymağının reklamı ilk aktrisa təcrübəsi olub. 2005-ci ildə CBS telekanalında “Diqqət, diqqət!” sitkomunda epizodik rol oynayıb. Ardınca  “Ani öpüş”, “Sürətli yarışçı”, “Krektaunda şən həyat” filmlərində, “Kosti”, “İerixon”, “Təcili tibbi yardım”, “Kabuslarla danışan”, “Cinayətkar kimi danışmaq” kimi filmlərində müxtəlif obrazlar canlandırır. “Buraxılmış bir zəng” filmində qatil-qız rolunu oynayıb. 2011-ci ildə “Müşayiətçi” kinokomediyasında onadığı rola görə “Gənc aktyor” mükafatına namizəd olub. Film və seriallarda çəkilişlərlə yanaşı cizgi filmlərində müxtəlif personajları səsləndirməklə məşğul olub. 2007-ci ildə bir neçə il ərzində “Fines və Ferb” cizgiserialına Qrethen və digər personajları səsləndirib. 2011-ci ildən “Ceky və Netlandiyanın quldurları” serialında su pərisi Marinanı canlandırıb. Daha çox “Amerika ailəsi” komediya serialında Aleks Danfi rolu ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ariel_Winter

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç