Tay Burell

Tay Burell

Aktyor

BİOQRAFİYA

Tayler (Tay) Ceral Barell 22 avqust 1967-ci ildə Qrants-Pass şəhərində (Areqon ştatı, ABŞ) anadan olub. Atası ailə psixoloqu, anası məktəb müəlliməsi olub. Uşaqlığı Areqon ştatının Epplqeyt şəhərciyində keçib. Şagird olduğu illərdə futbolla maraqlanıb. 1993-cü ildə teatr və incəsənət sahəsi üzrə bakalavr dərəcəsi əldə edib. Kinoda ilk rollarını 2001-ci ildə “Təkamül” və “Qara şahin” filmlərində oynayıb. Paralel olaraq teatr tamaşalarında, o cümlədən 2000-ci ildə Brodveydə qoyulan “Makbet” tamaşasında səhnəyə çıxıb. “Qanun və Qayda” və “Qanun və Qayda: Xüsusi Korpus”  seriallarında, həmçinin “Ölülərin dirilişi”, “Ot yarpaqları” və “Xalqın xəzinəsi: Sirlər Kitabı” filmlərində kiçik rollar alıb. 2008-ci ildə ekranlara çıxan “İnanılmaz Halk” filmində Dok Samson rolunu oynayıb. Daha sonra karyerasının ən uğurlu layihəsi sayılan “Amerika Ailəsi” komediya serialının aktyor heyətinə qoşulub və məşhurlaşıb. 2009-cu ildə premyerası baş tutan serialda Barrel daşınmaz əmlak agenti Fil Danfi rolunu oynayıb. Həmin rol ona yuxarıda qeyd olunan mükafatları qazandırıb. Daha çox “Amerikan Ailəsi” komediya serialında Fil Danfi rolu ilə tanınır. Həmin rola görə bir sıra mükafatlara, o cümlədən “Emmi” və “ABŞ Kinoaktyorları Gildiyası”nın mükafatına layiq görülüb. Şəxsi həyatına gəlincə 2000-ci ildə Holli ilə ailə qurub. Cütlük iki qızı övladlığa götürüblər. Onlar hazırda Los-Anceles şəhərində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D1%80%D0%B5%D0%BB%D0%BB,_%D0%A2%D0%B0%D0%B9

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç