Alan Yanq

Alan Yanq

Aktyor

BİOQRAFİYA

Alan Yanq – ingilis-amerikalı aktyor və radioaparıcıdır. Disneyin “Ördək əhvalatları” cizgi filmi və seriallarında Skruc Maqdak personajını səsləndirməsi ilə məşhurlaşıb. 19 noyabr 1919-cu il ildə Nortamberlend qraflığında (İngiltərə) anadan olub. Atası tərsanə işçisi Con Ketkart Yanq olub. Uşaq olanda valideynləri Edinburq şəhərinə, oradan isə Kanadaya köçüb. Erkən yaşlarından astmadan əziyyət çəkib və uzun müddət çarpayıya məhkum olunub. İkinci Dünya müharibəsinin əvvəlində Kanada Hərbi Dəniz Qüvvələrinin sıralarına düşməyə çalışsa da, səhhətinin lazımı səviyyədə olmamasına görə onun müraciətini rədd ediblər. Alan Yanq iki dəfə evil olub. Birinci həyat yoldaşı Meri Enn Qraymsdan iki övladı olub. Nikahları 1947-ci ilə kimi (altı il) davam edib. İkinci həyat yoldaşı Virciniya Makkördi ilə 1948-ci ildən ölənə qədər evli olub. Son günlərini Kaliforyniya ştatında yaşayıb. 19 may 2016-cı ildə 96 yaşında vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alan_Young

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç