Stiven Şnayder
Prodüser
Stiven Şnayder (Steven Schneider) - amerikalı kinoprodüserdir. Uşaqlığından bəri fəlsəfə və incəsənətlə maraqlanıb. Məktəbi bitirdikdən sonra Harvard universitetinin fəlsəfə fakültəsinə daxil olub, ardınca London Universitetində fəlsəfə üzrə magistr pilləsinə yüksəlib. Birləşmiş Ştatlara geri döndükdən sonra Nyu-York Universitetinin Tiş İncəsənət məktəbinin diplomunu alıb. Bir neçə il kino haqda tənqidi məqalələri dərc olunub. Daha sonra kino haqqında kitabların redaktəsi ilə məşğul olub. Sonradan kinoya da bağlanaraq industriyaya qədəm qoyub. Belə ki, Los-Ancelesə köçərək, 2007-ci ildə prodüser qismində debütünü həyata keçirib. Şnayder başlıca olaraq Warner Bros. Pictures və Paramount Pictures kinostudiyaları ilə əməkdaşlıq edir. İlk kino işi Keti Fizerstonun baş rola çəkildiyi “Paranormal Hal” qorxu filmi sayılır. Daha sonra franşizanın qalan filmlərinə prodüserlik edib. 2014-cü ildə “Briar evinin kabusu” trillerinin yaradılması üzərində çalışıb. 2016-2018-ci illərdə M.Nayt Şyamalanla əməkdaşlıq edib. 2018-ci ildə Stiven Kinqin eyniadlı romanı əsasında adaptasiya olunmuş “Ölmüş heyvanların məzarlığı” filminə prodüserlik edib. Filmdə baş rollara Ceyson Klark, Con Litqou, Emi Saymes, Jete Lorans, Obssa Əhməd çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15504808441/