Coi Kinq

Coi Kinq

Aktrisa

BİOQRAFİYA

Coui Linn Kinq 30 iyul 1999-cu ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Böyük bacıları Hanter Kinq və Kelli Kinq də aktrisalıqla məşğuldurlar. Coşuanın aktrisa karyerası yeddi yaşından başlayıb desək yanılmarıq. Onun çəkildiyi “Qreys” adlı ilk filmi “Emmi” mükafatına namizəd olub. “Boş qalmış şəhər” filmində Adam Sendlerlə birgə kamera önünə çıxıb. Həmçinin “Karantin” filmində oynadığı roluna görə tanınır. “Horton” və “Buz dövrü 3: Dinozavrlar erası” cizgi filmlərində müxtəlif personajların səsləndirilməsində iştirak edib. 2010-cu ildə Coui “Kabuslarla danışan” serialının epizoduna qonaq aktrisa olaraq dəvət olunub. Daha sonra isə “Hər şey zordur və ya Zak və Kodinin həyatı” serialının bir neçə epizodunun çəkilişində iştirak edib. 2009-2010-cu illərdə üç dəfə “Gənc aktyor” mükafatına namizəd olub. 2011-ci ildə “Ramona və Bizus” filmində oynadığı rola görə “Emmi” mükafatına layiq görülüb. 2010-cu ildə bacısı Kelli ilə birlikdə musiqi karyerasını başlayıb. 2011-ci ildə isə “Anything at All” adlı ilk solo sinqlı işıq üzü görüb. Elə həmin il Teylor Sviftin “Mean” adlı klipinə çəkilib. 2013-cü ildə “Oz: Böyük və Qorxulu” və “Qara sərkərdə: Əfsanənin yüksəlişi” filmlərində görüntülənib. 2016-cı ildə Marvelin “Fleş” teleserialının 3-cü mövsümündə Mancenta rolunda çıxış edib. “Ramona və Bizus” filmində Selena Qomeslə birlikdə oynadığı rolun sayəsində məşhurlaşıb. 2017-ci ildən bəri “Öpüş köşkü” bədii filmində çəkildiyi Ceykob Elordi ilə görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%BD%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç