Meggi Cillenhol
Aktrisa
Meggi Cillenhol 16 noyabr 1977-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası ssenarist Naomi Foner, atası rejissor və prodüser Stiven Cillenholdur. Kolumbiya universitetində ingilis ədəbiyyatı fakültəsində oxuduğu müddətdə teatr aktyorluğuna da maraq göstərib. Aktrisa səhnə təcrübəsini Nyu-York və Londonda zənginləşdirib. 90-cı illərin əvvəllərində isə kiçik rollarla “Waterland” (1992) və “Təhlükəli qadın” (1993) filmlərində debüt edir.
Meggi Cillenholun baş rolu canlandırdığı “Katibə” filmi uğurlu alınır və aktrisa filmdəki işinə görə “Qızıl Qlobus” mükafatına namizəd göstərilir. O, həmçinin 2010-cu ildə “Oskar” mükafatına namizəd göstərilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: