Erik Qotye
Kinooperator
Erik Qotye 1961-cı il aprelin 2-də Parisdə (Fransa) anadan olub. Sorbonna Nuvell məktəbini bitirdikdən sonra Lui Lyumerin Milli Kino Məktəbinə daxil olur və 1982-ci ildə bitirir.
Karyerasına 80-ci illərin sonlarında köməkçi qismində başlayır. 1982-ci ildə Alen Rene “Həyat bir romandır!" filmini təqdim etdikdə Qotye həmin vaxt Bryuno Nyuittenə kömək etdiyi üçün operator assistenti kimi qeyd olunub. Daha sonra Emili Deleso və Arno Depleşenlə əməkdaşlıq edərək, operator kimi qısametrajlı filmlər çəkməyə başlayır.
1990-cı ildə ilk dəfə sərbəst şəkildə Arno Depleşenin “Ölülərin həyatı” filmini çəkir. O, 90-cı illərin ortalarında artıq bir çox məşhur fransız rejissoru ilə işləyirdi. Onlar arasında Olivye Assayas, Leos Karaks, Arno Depleşen və başqalarının adını çəkmək olar.
2004-cü ildə “Çe Gevara: Motosikletçinin gündəliyi” filmi işıq üzü görür. "Ən yaxşı ssenari"yə görə "Oskar", BAFTA mükafatlarına namizəd olan film "Ən yaxşı operator işi"nə görə "Gümüş Kondor" mükafatını qazanır. 2006-cı ildən Hollivud filmlərinin istehsalında iştirak etməyə başlayır. 2006-ci ildə “Vəhşi şərtlər altında”, 2009-cu ildə “Vudstoka hücum”, 2012-ci ildə “Yolda” filmlərinin operatorluq işlərini şəxsən yerinə yetirir. Aktrisa Natali Butefoyla ailə qurub və üç övladı var.
Ətraflı məlumat
üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/%C3%89ric_Gautier