Cozef Entoni “Co” Mantenya (kiçik) 13 noyabr 1947-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. İtalyan əsilli amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. Daha çox “Xaç atası 3”, “Körpə gəzintidə”, “Parisə vida” filmlərində oynadığı rollarla məşhurlaşıb. Həmçinin “Cinayətkar kimi düşünmək” serialında Devid Rossi rolu ilə tanınır. Dünyanın ən uzun ömürlü cizgi serialı sayılan “Simpsonlar” animasiyasında Gombul Toni personajını səsləndirib. Öz sözlərinə görə, artıq yuxarı siniflərdə oxuyanda böyüyəndə kim olacağına qərar vermişdi. Həmin vaxt “Vestsayd hekayəsi” müziklının kastinqində iştirak edib. Rol ona nəsib olmasa da, sonradan daha mötəbər “Saçlar” adlı tamaşada aktyor debütünü edib. 1975-ci ildən televiziya və bədii filmlərə çəkilir. Karyerası ərzində 150 filmdə rol alıb. 1988-ci ildə Venesiya festivalında “Hər şey dəyişir” filminə görə ən yaxşı kişi rolu kateqoriyasında Volpi Kuboku ilə təltif olunub. Həmçinin 1999-cu ildə ən yaxşı aktyor nominasiyasında “Qızıl Qlobusa” namizəd olub. Özünün dediyinə görə “Simpsonlar” cizgi filmində iştirak etmək təklifi “Xaç atası 3” filminin premyerasından sonra daxil olub. “Xaç atasında” əsas antaqonist rolunu yüksək səviyyədə oynadığından, ona Gombul Toni personajını səsləndirməyi təklif ediblər. Manteyna bunun bir neçə epizod davam edəcəyini düşünərək, personaj üçün doğma babasının boğazlarından istifadə edib. Ancaq personaj kifayət qədər populyarlaşdığından, "Simpsonlar"da 20 ildən çox iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joe_Mantegna