Dunkan Cons

Dunkan Cons

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Dunkan Zoui Heyvud Cons 30 may 1971-ci ildə London şəhərində (İngiltərə) anadan olub. Əfsanəvi rok musiqiçi və müğənni Devid Bounin oğludur. Britaniyalı kinorejissor daha çox “Ay” (2009), “Cari kod” (2011), “Varkraft” (2016), “Lal” (2018) filmlərinə görə şöhrət qazanıb. Dunkan Devid Bouinin yeganə qanuni övladıdır (birinci həyat yoldaşı, keçmiş amerikalı model Meri Ancela Barnettdən). Uşaqlığını Dunkan müxtəlif şəhərlərdə: Berlin, London, Vevedə (İsveçrə) keçirib. Birinci sinifə Birlik-Amerika məktəbinə gedib. Valideynlərinin 1980-ci ilin fevralında boşanmasından sonra Devid Boui 9 yaşlı Dunkanın yeganə qəyyumuna çevrilib. Anasına yalnız yay tətillərində baş çəkib. 14 yaşı olanda prestijli şotland internat-məktəbinə daxil olub. Yeniyetməlik illərində peşəkar güləşçi olmağı arzulayırdı, atası da tez-tez dostlarının yanında onun təbiətdən çox güclü olduğu ilə lovğalanardı. 1992-ci ilə kimi onu Co adlandırıblar, sonradan Dunkan adı ilə qeydiyyata alınıb. 2012-ci ildə fotoqraf Rodin Ronkvillo ilə ailə qurub. Elə həmin gün yoldaşında döş xərçəngi aşkarlanıb və iki gündən sonra Rodin əməliyyat olunub. Müalicə uğurlu aparıldığından həyat yoldaşı xərçəngdən azad olub. Bir övladları olan cütlük erkən xərçəng müayinəsi və müalicəsi üçün ictimaiyyət arasında maarifləndirici kampaniyalar həyata keçirir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81,_%D0%94%D0%B0%D0%BD%D0%BA%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç