Mark Entoni

Mark Entoni

Aktyor, bəstəkar, ssenarist, prodüser

BİOQRAFİYA

Mark Entoni 16 sentyabr 1968-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. O, həm Latın Amerikası ölkələrində, həm də onun hüdudlarından kənarda məşhurdur. Mark Entoni 9 May 2000-ci ildə Las-Veqasda Dayanar Torres ilə evlənib. Bu nikahdan iki oğlu var: Kristian Entoni Munis (5 fevral 2001-ci il təvəllüdlü) və Ryan Entoni Munis (16 avqust 2003-cü il təvəllüdlü). Onlar 2002-ci ilin yayında boşanıblar. Sonra yenidən barışır, ancaq 2003-cü ildə birtəfəlik ayrılırlar. 2003-cü ildə Mayamidən olan bir ofisiant uşağının atasının Mark olduğunu iddia edir. Atalıq testi aparıldıqdan sonra həqiqətən də uşağın atasının Mark olduğu təsdiqlənir. Həmin ərəfədə evliliyi davam edən Mark Entoni Cennifer Lopezlə görüşməyə başlayır. Bir müddət sonra 2004-cü ildə medyadan gizli şəkildə evləniblər. 2008-ci ildə onların əkizləri dünyaya gəlib. 2011-ci ildə isə cütlük boşandıqları haqqında məlumat verib.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/Энтони,_Марк 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç