Melisa Sözen

Melisa Sözen

Aktrisa

BİOQRAFİYA

Melisa Sözen 6 iyul 1985-ci ildə Türkiyədə anadan olub. Uşaqlığından bəri incəsənətə maraq göstərib, müxtəlif reklam çarxlarına və aşağı büdcəli seriallara çəkilib. "Pera Fine Arts" incəsənət məktəbində oxuyub, onu bitirdikdən sonra İstanbulun teatr universitetinə daxil olub. Sözenin böyük kinoda debütü 2001-ci ildə “Mənə uğur dilə” filmində gerçəkləşib. 2013-cü ildə aktyor Alican Yücesoya ərə gedib. Lakin bir neçə ildən sonra cütlük yollarını ayırmaq qərarına gəlib və rəsmi qaydada boşanıblar. 2014-cü ildə musiqiçi, şair və müğənni Harun Tekinlə ("Mor ve Ötesi" qrupunun vokalisti) tanış olub. 2015-ci ildə aktrisa “Qış yuxusu” filmində oynadığı rola görə “Ən yaxşı aktrisa” nominasiyasında "SIYAD Turkish Film Critics Association Award" mükafatına layiq görülüb. Möhtəşəm startdan sonra yerli rejissorlar və prodüserlər onunla maraqlanmağa başlayıb. 2003-cü ildə “Məktəb” serialında ikinci plan rola dəvət olunub. 2012-ci ildə Melisa karyerasının ən uğurlu rolunu “Mühteşem yüz yıl” serialında alıb. Həmin serialda Hürrəmin qulluqçusu xorvat Nora rolunu ifa edib. Serialda Halit Ergenç, Meryem Üzerli, Nebahat Çehre, Okan Yalabık, Burak Özcivit və digər məşhurlarla çəkiliş meydançasını bölüşüb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Melisa_S%C3%B6zen

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç