Ayşen Qruda

Ayşen Qruda

Aktrisa

BİOQRAFİYA

Ayşen Qruda – türkiyəli aktrisadır. 30 noyabr 1945-ci ildə İstanbulda anadan olub. Ermanlar ailəsinin ortancıl övladı olub. Uşaq yaşlarından aktyorluq istedadı ortaya çıxıb, Yeşilköy rayonunda yaşayan qonşularını ustacasına parodiya edib. Ayşen Qruda yuxarı siniflərdə oxuyanda atası vəfat edib. Maddi çətinliklərlə əlaqədar məktəbi yarımçıq atıb və işləməyə başlayıb. Sonralar Tovfiq Bilge teatrında işləməyə başlayıb. İlk rolunu “Konqress əylənir” musiqili tamaşasında oynayıb (xadimə rolunda). 1977-ci ildə 16 illik teatr karyerasını dayandıraraq, televiziya proramlarının çəkilişlərində iştirak edib. Qruda tanınmış yumoristlər Kemal Sunal və Şener Şenin iştirakı ilə çəkilmiş çoxsaylı komediyalarda ikinci plan rol alıb. Daha çox “Hababam sınıfı tatilde” (1977), “Süpürgəçilər kralı” (Çöpçülər kralı, 1977), “Yaxın gələcəkdə” (Pek yakında, 2014) filmlərində canlandırdığı obrazlarla yadda qalıb. “Hacivit və Karagözü niyə öldürdülər” filmində oynadığı rol 2006-cı ildə aktrisaya "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Sadri Alışık mükafatını qazandırıb. Aktrisa 2019-cu ilin yanvar ayında 74 yaşında mədəaltı vəzin xərçəngindən vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.trt.net.tr/russian/kul-tura-iskusstvo/2019/01/23/skonchalas-izviestnaia-aktrisa-aishien-gruda-1131773

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç