Vera Farmiqa
Aktyor, rejissor, prodüser
Vera Farmiqa 6 avqust 1973-cü ildə Nyu-Cersi ştatında (ABŞ) anadan olub. Valideynləri Qərbi Ukraynadan olan Mixail və Lyubov Farmiqalardır. 1996-cı ildə Brodveydə teatr səhnəsində debüt edən Farmiqa 90-cı illərin sonlarından kinoya çəkilməyə başlayır. Aktrisa 2006-cı ildə dörd “Oskar”, o cümlədən, “İlin ən yaxşı filmi” nominasiyasında qalib gələn “Qanunu pozanlar” filmi ilə diqqəti çəkir. Farmiqanın “ulduz saatı” isə 2010-cu ildə çəkildiyi “Mən də səmaya istərdim” filmi olur. Bu roluna görə Vera Farmiqa “İkinci plan ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a namizəd göstərilir. Vera Farmiqa "Röv" teleserialının çəkilişlərində tanış olduğu fransız aktyoru Sebastyan Roşe ilə Baham adalarında evlənir. Ancaq 7 il nikahdan sonra 2004-cü ildə boşanırlar. Daha sonra, ortaq dostları vasitəsilə tanış olduğu musiqiçi Ren Houki ilə evlənib. Onlar evləndiyi vaxt Vera 5 aylıq hamilə olub. Cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vera_Farmiqa