Cüneyt Arkın (8 sentyabr 1937, Əskişəhər, Türkiyə) — məşhur Türkiyə kino aktyoru. 500 filmdə rol alıb. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Hacı Murad adlandırılır. Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı "Şəfəq Qorumaları" filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib. 1963-ci ildə "Artist" jurnalının müsabiqəsində birinci oldu. Bir müddət iş axtaran Cüneyt Arkın, 1963-cü ildə Xalid Rafiqin təklifi ilə kino aktyorluğa başlayıb və 2 il ərzində ən azı 30 filmdə çəkilib. 1964-ci ildə oynadığı Qürbət Quşları filminin finalındakı döyüş səhnəsi Arkının karyerasında bir qırılma nöqtəsi oldu. Bir müddət duyğusal-romantik gənc obrazlarını oynadıqdan sonra yenə Xalid Rafiqin təklifi ilə kəskin filmlərə yönəldi. Bu dövrdə İstanbula gəldi və Medrano sirkində altı ay müddətinə akrobatika təhsili aldı. Burada öyrəndiklərini "Malkoçoğlu" və "Battal Qazi" filmlərində ağ pərdəyə köçürərək, Türk kinosuna daha əvvəl heç örnəyi olmayan bir tərz gətirdi. Qısa müddətdə avantür filmlərinin ən yaxşı aktyoru halına gəldi. Romantik gənc aktyor filmlərlə başladığı kino həyatını hərəkətli filmlərlə davam etdirsə də, hər obraza can verdi. Karyerası boyu komediya, macəra filmlərindən ictimai filmlərə müxtəlif janrlarda filmlər çəkdi. Xüsusi ilə "Mədən və Vətəndaş Rza" filmləri, Cüneyd Arkının karyerasında xüsusi bir yer tutur. 12 mart dövrü sırasında 4. Qızıl Barama Film Festivalında münsiflər heyətinin ilk səsverməsində Yılmaz Güney rolu ilə ən yaxşı kişi aktyor seçilməsinə baxmayaraq, daha sonra siyasi təzyiqlərlə Yılmaz Güneyin yerinə, ilk səsvermədə "Yaralı Qurd" filmindəki performansı ilə ikinci olan Cüneyt Arkını ən yaxşı kişi aktyor seçdi. Bu qətnaməyə reaksiya göstərən Arkın mükafatı rədd etdi. Cüneyt Arkın kinosuna ayrı bir rəng gətirən, rejissorluğunu Çətin İnancın etdiyi 1982-ci tarixli, "Dünyayı xilas edən adam" filmi bir kult film halına gəldi. 1980-ci illərdə "Ölüm Döyüşçüsü", "Döyüş", "Sürgündəki adam" və "İki başlı div" kimi filmlərindən sonra, 1990-ci illərdə də detektiv seriallara yönəldi. Cüneyt Arkın, at minməkdə və karatedə idmançı adına sahibdir. Aktyorluğu ilə yanaşı, televiziyada təqdim edilmiş və qısa bir müddət qəzetlərdə sağlamlıqla bağlı guşə dramaturgiya da aparıb. 2009-ci ildə onurğasında olan xəstəliyi ilə bağlı, təxminən üç ay xəstəxanada müalicə aldı. 7 avqust 2018-ci ildə tənəssüf alması ilə bağlı problem yaşamış, bağ evində halı gərginləşərək xəstəxanaya qaldırılmışdı. Lakin bir müddət sonra həkimlərin müalicəsindən sonra yenidən özünə gəlib. Oğlu Murad "Instagram" sosial şəbəkəsində atasının sağaldığını və yaxşılaşdığını bildirdi. Cüneyt Arkının ilk evliliyi 1964-ci ildə özü kimi həkim olan Gülər Mocanla olub. 1966-ci ildə qızları Filiz anadan olub. 1968-ci ildə boşandıqdan bir il sonra Betül Cüreklibatur ilə evlənən Cüneyt Arkının, bu evlilikdən də Kaan və Murad adlarında iki uşağı var. Qızı bir şirkətdə baş idarəçi, Arkın-ın oğullarından Murad da seriallarda aktyorluq edir. Bir vaxt alkoqolizm müalicəsi görmüş olan Arkın, alkoqol, narkotik və gənclərin problemləri mövzulu saysız-hesabsız konfrans verib, bunlarla bağlı təşəkkür patentləri və şərəf mükafatları alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/C%C3%BCneyt_Ark%C4%B1n