Əsli Tandoğan

Əsli Tandoğan

Aktrisa

BİOQRAFİYA

Əsli Tandoğan 2 aprel 1979-cu ildə Ankarada anadan olub. “Hacıtəpə” universitetinin teatr fakültəsini bitirib. Kinoya gəlişinə qədər reklamlara çəkilib, model işləyib. 2002-ci ildə Əsli ilk dəfə olaraq ekranlara çıxıb, “Mənim qızılgülüm” adlı seriala çəkilib. 2005-ci ildə Əsli Beren Saat və Mahsun Kırmızıgüllə birlikdə “Eşq və nifrət” serialında baş rola çəkilib. 2007-ci ildə Kənan İmirzalıoğlu ilə “Şərəf” filmində tərəf-müqabili olub. Şöhrəti ona “Sevgi simfoniyası” serialında Lamiyə rolu gətirib. Ardınca, “Behzat Ç. Ankara od içində”, “Mənə yaxşı bax”, “Gözdən iraq”, “Mələk və Sərhat” kimi filmlərə çəkilib. Bundan başqa “Leyla və Məcnun”, “Eşq”, “Bir dəfə Osmanlı imperiyasında” kimi reytinqli seriallarda rol alıb. 2016-cı ilin sentyabr ayında “Möhtəşəm əsr” serialının 2-ci mövsümünün aktyor heyətinə qatılıb. 1-ci Əhmədin üçüncü qızı rolunu oynayıb. Şəxsi həyatına gəlincə 19 iyun 2013-cü ildə maliyyəçi Cait Tana ərə gedib. 2014-cü ildə Atlas adlı oğlu, 2018-ci ildə isə Arya adlı qızı doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BD%D0%B4%D0%BE%D0%B3%D0%B0%D0%BD,_%D0%90%D1%81%D0%BB%D1%8B

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç