Çağdaş Onur Öztürk

Çağdaş Onur Öztürk

Aktyor

BİOQRAFİYA

Çağdaş Onur Öztürk 16 avqust 1979-cu ildə Sivasda (Türkiyə) anadan olub. Ege Universitetinin memarlıq bölməsinin məzunudur. Tələbə olduğu illərdə fakültənin teatr klubunun üzvü olub. Ali təhsilini baş vurub, əsgərliyə yollanıb. Vətənə borcunu ödədikdən sonra bir dərman şirkətinin təmsilçisi olub. Daha sonra Anadolu Universitetinin Dövlət Konservatoriyasının dram sənəti bölməsinə daxil olub. Tələbə olduğu ildə, 2008-ci ildə “Qazi” serialına çəkilməklə teledebütünü həyata keçirib. 2009-cu ildə “Sakarya Fırat” serialında, 2011-ci ildə isə “Kuzey Güney” serialında rol alıb. 2014-cü ildə “Tut Sözünü” və “Özünə yaxşı bax” (Kendine İyi Bak) filmlərinə çəkilib. 2016-cı ildə populyar “Diriliş Ertuğrul” serialında rol alıb. Boyu 1,81, çəkisi 70 kilodan çoxdur. Şir bürcündəndir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://www.sozcu.com.tr/hayatim/magazin-haberleri/cagdas-onur-ozturk-kimdir-cagdas-onur-ozturk-nereli-ve-kac-yasinda-oub4/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç