Cengiz Bozkurt

Cengiz Bozkurt

Aktyor

BİOQRAFİYA
Mehmet Cengiz Bozkurt (24 Dekabr 1964, Nevşehir) Türk aktyor.Cengiz Bozkurt 1965-ci ildə Nevşehirə bağlı Gülşehirdə doğuldu. Bir bacısı vardır. Atası Ziraat Bankının müdürü idi. 9 yaşına qədər Nevşehirdə, 15 yaşına qədər Adapazarında , daha sonra Ankarada yaşadı. Ankara Atatürk Liseyində oxudu. Sonra ODTÜ Fizika fakültəsinə girdi. 1984 - 1990 arası burada oxuyarkən ODTÜdə kampusda gördüyü bir elanla teatr birliyinə qatıldı. 1990-cı ildə ikinci kursdaykən teatrçı olmağa qərar verib universitetdən ayrıldı və universitetdə tanış olduğu bir İngilis dili Müəlliməsi ilə evlənib İngiltərəyə getdi. 14 illik İngiltərə macərasını taksi sürücüsü, qabyuyan, qarsonluq, dəzgahdarlıq, məhkəmə tərcüməçisi kimi işlərdə çalışdı. Yaxşı dərəcədə ingiliscə bilməsi səbəbi ilə, Londondakı  qürbətçi dərnəklərində nümayəndəlik etdi. Son illərdə orada fəaliyyət göstərən bir təhsil müəssisəsində Türkcə teatr yaratmağa başladı. Türkcə teatrın yanında 40 nəfərlik bir xoru vardı, konsertlərə gedib mahnılar söyləyərdilər. Sonra İngiltərədə yenidən universitetə girdi. London Universitetinə bağlı Goldsmiths, University of Londonda-"BA Media and Communications" fakültəsindən (Goldsmiths Gözəl Sənətlər Fakültəsindən) 1996 da məzun oldu. Bu bölmədə Televiziya, Kino və Əlaqə öyrəndi. 2000-ci ildə Londonda qurucuları arasında olduğu, Arcola Theatre'ın Ümumi İncəsənət rejissoru oldu. 2003-cü ildə Türkiyəyə döndü, amma oradakı evini bağlamadı İngiltərə və  Türkiyə arasında get-gəl edirdi. Teatr oyunlarını idarə edirdi. Teatrdakı müvəffəqiyyətindən sonra televiziya və kinoda işə başladı. Kamera qarşısında etdiyi işlərdə də teatrda olduğu kimi əhəmiyyətli təsir əldə etdi. O, oynadığı seriallarda rolları ilə fenomenlər yaratdı. 2008-ci ildə çəkilən "Parmaklıklar Ardında" serialının xain gözətçisi Ekrem roluyla tanınan Cengiz Bozkurt, "Leyla ile Mecnun" serialındakı Erdal Bakkal rolu ilə də son dövrlərin ən çox danışılan adlarından biri oldu. 2010-cu ildə 47. Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında "Kavşak" filmindəki rolu ilə "Ən yaxşı köməkçi kişi oyunçu mükafatı" qazanmışdır. Cengiz Bozkurt, 2014-cü ildə rejissorluğu və ssenarisi Cem Yılmaza aid olan "Pek yakında" kinofilmində Cem Yılmaz, Zəfər Algöz, Özkan Uğur, Ozan Güvən, Çağlar Çorumlu, Tülin Özen, Zerrin Tekindor, Hare Sürel, Şirincan Çakıroğlu, Ayşen Gruda və Ülkü Duru kimi aktyorlarla birlikdə iştirak etdi. 2016-cı ildə baş rollarında Selen Şoyder, Can Yaman, Cengiz Bozkurt, Altan Erkekli, Gül Onat, Bülent Şakrak, Mehtap Bayri, Deniz Oral və Veysel Dikerin iştirak etdiyi "Hangimiz Sevmedik" adlı serialda (Şener) rolunu canlandırdı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cengiz_Bozkurt
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç