Kenan İmirzalioğlu
Aktyor
Kənan İmirzaloğlu - 18 iyun 1974-cü ildə Ankaranın Bala rayonuna bağlı Üçem kəndində dünyaya gəlib. Ulduz və Mustafa İmirzaloğlunun Dərviş və Zübeydədən sonra üçüncü uşağı olaraq dünyaya gələn Kənan İmirzaloğlu ibtidai məktəbi doğulduğu kənddə bitirib. 12 yaşında Ankaraya xalasının yanına gedən İmirzaloğlu orta məktəb və litsey təhsilini Ankarada, universitet təhsilini İstanbulda Yıldız Texniki Universitetin riyaziyyat bölümündə tamamlayıb. "Best Model of Turkey" müsabiqəsinin 1997-ci il seçmələrinə qatılan Kənan İmirzaloğlu Türkiyə finalında birinci olur. Bundan sonra təkliflər almağa başlayan Kənan İmirzaloğlu rejissor Osman Sınavın "Dəli Ürək" serialında rol alır (Yusif Miroğlu obrazı). Daha sonra Osman Sınavın "Dəli Ürək. Bumeranq Cəhənnəmi" filmində də eyni obrazı canlandırıb. Film 2001-ci ildə ekrana çıxıb. Bundan sonra təhsil üçün ABŞ-a gedən Kənan İmirzaloğlu, qayıdışında "Alacaqaranlıq" adlı televiziya serialında çəkilir. Serial 2003-2005-ci illərdə ekrana çıxır. 2005-2007-ci illərdə "Acı Həyat" serialında Mehmet Kosovalı rolunu canlandırıb. Türk aktrisası Sinem Koballa evlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/K%C9%99nan_%C4%B0mirzalo%C4%9Flu