Tardu Flordun

Tardu Flordun

Aktyor

BİOQRAFİYA

Tardu Flordun 25 may 1972-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. Yeniyetməlik illərində aktyor olan atasının yolunu tutmağa qərar verib. Beləcə orta təhsilini başa vurduqdan sonra Hacıtepe Universitetinin teatr incəsənət fakültəsinə daxil olub. Aktyor türk seriallarında oynadığı rollarla tanınır. İlk şöhrəti ona 2000-ci ildə ekranlara çıxmış çoxseriyalı “Çağırılmamış qonaq” melodramı gətirib. 2006-cı ildə Türkiyənin ən reytinqli telelayihələrindən sayılan “1001 gecə" serialına çəkilib. Serialda baş rolları “Möhtəşəm əsr” serialının ulduzu Halit Ərgənç və onun həyat yoldaşı Bərgüzar Korel oynayıb. 2007-ci ildə Tardu Flordun böyük qalmaqalın hədəfinə çevrilib. Aktyor yaxın münasibətdə olduğu qadını bıçaqlayıb. Həmin hadisədən sonra həbs olunub. Ancaq dəmirbarmaqlıqlar arxasında cəmi 27 gün qalıb. Buraxıldıqdan sonra seriallara çəkilməyə davam edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/tardu_flordun/

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç