Riz Ueykfild

Riz Ueykfild

Aktyor

BİOQRAFİYA

Riz Ueykfild 20 noyabr 1988-ci ildə Avstraliyanın Kvinslend ştatının Kerns şəhərində anadan olub. "The McDonald College of Performing Arts" məktəbində oxuyub. 2003-cü ildə aktyorluq təqaüdü qazanıb. Müxtəlif məktəb tamaşalarında iştirak edib, Avstraliya opera truppası ilə əməkdaşlıq edib. Həmçinin "The Australian Ballet" adlı klassik balet truppasında da çıxış edib. "Zenith Theatre" aktyorluq kurslarına gedib. 2006-cı ildə məktəbi bitirib. “Evə və yenidən yola” serialında rol almazdan əvvəl 2005-2008-ci illərdə “Dikdabanlar” filmində epizodik rol alıb. Həmçinin “Koalalar günahkar deyil” teleserialının iki epizoduna çəkilib. 2008-ci ildə “Qara şar” filmində baş rolu ifa edib. Həmin rol ona ən yaxşı aktyor nominasiyasında Berlin Kinofestivalının mükafatına namizədlik qazandırıb. 2011-ci ildə prokata onun iştirak ilə daha bir film çıxıb. Ceyms Kemeronun prodüseri olduğu “Sanktum” filmində baş rolu ifa edib. 2013-cü ildə “Saflaşma gecəsi” adlı trillerdə qatil tələbələrdən birini oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%8D%D0%B9%D0%BA%D1%84%D0%B8%D0%BB%D0%B4,_%D0%A0%D0%B8%D0%B7

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç