Antonio Pinto 1967-ci ildə Rio-de Janeyroda (Braziliya) anadan olub. Braziliyanın məşhur karikaturaçısı Jiraldo Pintonun oğludur. Qardaşı kinorejissor Daniel Tomasdır. Onun sözlərinə görə, bacısı bir nəfər bas gitaraçı ilə görüşdüyü vaxtdan onda musiqiyə maraq yaranıb. Antonionun evində piano, gitara, təbil var idi və o, bu alətlərdə ifa edirdi. Braziliyada Antonio 1994-cü ildə “Mərkəzi vağzal" filminə yazdığı saundtrekdən sonra tanınmağa başlayıb. 2002-ci ildə “Allah şəhəri” filminə yazdığı musiqilər tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Həmin film “Oskar” mükafatına dörd nominasiya üzrə namizəd olub. “Despedida” filmi üçün yazdığı musiqilərə görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ant%C3%B4nio_Pinto_(composer)