Duqlas But

Duqlas But

Aktyor

BİOQRAFİYA

Duqlas But 9 iyul 1992-ci ildə Qrinviçdə (London, Böyük Britaniya) anadan olub. Atası britaniyalı Saymon But, anası Vivien But holland-ispan əsillidir. Həmçinin Duqlasın Ebiqeyl adlı bacısı var. O, Kent qraflığının qərbində yerləşən Sevenoks məktəbində təhsil alıb. Milli gənclər teatrında işləyib. Onun aktyor kimi yüksəlişi “Worried About the Boy” filmindəki rolundan sonra olub. Sonra BBC telekanalında gedən “Böyük ümidlər” serialında rol alıb və buradakı rolu ilə gənc qızların qəlbini qazanıb. Serial ona böyük uğur gətirib. 2012-ci ildə “LOL” filmində əsas rollardan birini oynayıb. 2013-cü ildə “Romeo və Culiyetta” filmi çıxır və Duqlas filmdə Romeo rolunu oynayır. Duqlas “Burberry” markasının bir neçə reklamında rol alıb. 2016-cı ildən Bel Pouli ilə görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Douglas_Booth

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç