Şon Bin

Şon Bin

Aktyor, prodüser

BİOQRAFİYA

Şon Mark Bin ingiltərəli kino və teatr aktyorudur. 17 aprel 1959-cu ildə Handsvortda (İngiltərə) anadan olub. Bin aktyor olmağa qərar verməzdən əvvəl atası ilə qaynaqçı sexində işləyirdi. Kral Dramatik İncəsənət Akademiyasını bitirdikdən sonra Bin 1983-cü ildə "Romeo və Cülyetta" tamaşasında peşəkar debüt edib. “Üzüklərin hökmdarı” kinotrilogiyasında Boromir rolu, NBO “Taxt-tac oyunları” teleserialında Eddard Stark, “Kral atıcısı Şarpın sərgüzəştləri” teleserialında Riçard Şarp rolları sayəsində tanınıb. Şon “Qızıl göz” (1995) filmində agent 006 Aleks Trevelyan, “Troya” (2004) filmində Odissey, “Millətin sərvəti”(2004) filmində Yan Hau, “Anna Karenina” (1997) Vronski, “Saylent Hill” (2006) filmində Kristofer DaSilva, “Ekvilibrium” (2002) filmində Errol Partric rollarında çəkilib. Karyerası zamanı bir neçə mükafata layiq görülüb və "Ən yaxşı aktyor" kimi "Emmi" mükafatı qazanıb. O, həmçinin BAFTA və "Saturn" mükafatlarının sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sean_Bean

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç