Mila Kunis

Mila Kunis

Aktrisa

BİOQRAFİYA

Mila Kunis 14 avqust 1983-cü ildə Çernvitsidə (Ukrayna) yəhudi ailəsində anadan olub. Kunis karyerasına 1993-cü ildə reklam çarxlarına çəkilməklə başlayıb. Növbəti il televiziyada “Həyatımızın günləri” serialı ilə debüt edib. O, “Qriffinlər" serialında Meq Qriffini səsləndirdikdən sonra tanınmağa başlayıb. Karyerası ərzində 30-a yaxın filmə çəkilib: “Maks Peyn”, “Dostdan üstün”, “İlayın kitabı”, “Üçüncü artıqdır”, “Oz: Nəhəng və qorxunc”, “Pis analar” filmləri bu siyahıya daxildir. Aktrisanın ən məşhur rollarından biri “Qara qu quşu” filmindəki Lili obrazıdır. Bu rola görə Mila “Saturn” mükafatına layiq görülüb. "Ən yaxşı ikinci plan aktrisası" kimi “Qızıl Qlobus” mükafatına namizəd olub. Kino ilə yanaşı, Mila modelliklə də məşğul olur. Onun şəkilləri dəfələrlə jurnalların üz qabığında yer alıb. "Christian Dior" moda evi və "Gemfields" brendləri ilə əməkdaşlıq edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mila_Kunis

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç