Mustafa Sandal

Mustafa Sandal

Müğənni, aktyor

BİOQRAFİYA

Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-da yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır. 1990-ci illərdən səhnə fəaliyyətinə başlayan Mustafa Sandal Türkiyənin ən tanınmış sənətçilərindəndir. Özünü təkcə musiqidə deyil, həmçinin kino, serial, televiziya, reklam sahələrində də sınayan və uğurlara imza atan müğənninin bu günədək, ümumilikdə, 13 milyondan çox albomu satılıb. "Suç Bende" albomu Mustafa Sandalın ilk albomudur. Albomun ilk klipi "Bu Kız Beni Görmeli" adlı mahnıya çəkilmişdir. Boğaziçi Universitetində çəkilən klipdə rəqsləri, hərəkətləri, jestləri, mimikaları ilə Mustafa Sandal bir anda böyük rəğbət qazanmışdır. Daha sonra "Suç Bende" adlı musiqiyə çəkilən klip ilk klipin uğurunu təkrar etmişdir. Mahnı uzun müddət hit-paradlarda yüksək mövqe qazanmışdır. Bu klipdən sonra Mustafa Sandal 1995-ci ildə Türkiyədə çəkilən "Bay E" filmində kiçik bir rol aldı. Bu albomun üçüncü klipi olan "Beni Ağlatma", bu filmin saundtrek siyahısına daxil edilmişdir."Gölgede Aynı" albomu Mustafa Sandalın ikinci albomudur. İlk klip "Araba" musiqiyə çəkilmişdir. Bu klip hit-paradlarda uzun müddət uğur əldə etmişdir. Mahnının sözləri və musiqisi Mustafa Sandala məxsusdur. Ardınca "Jest Oldu" mahnısına klip çəkilir. Bu mahnı da böyük uğur qazanır. 1997-ci ildə "Bir Anda" musiqisinin remiksinə klip çəkilir. Detay – Mustafa Sandal-ın 1998-ci ildə çıxardığı 3-cü albomudur. "Detay" albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aya Benzer", "Çekilin", "Mevcut" mahnılarına, həmçinin, "Detay" mahnısının remiksinə klip çəkilmişdir.Araba – Mustafa Sandal-ın 1999-cu ildə çıxardığı 4-cü albomudur. "Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir. Karizma – Mustafa Sandal-ın 2009-cu ildə çıxardığı albomdur. "Karizma" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Ateş Et Ve Unut", "Adı İntikamdı", "Demo" və "Var Mısın Yok Musun" mahnılarına klip çəkilmişdir. Albomda ilk klip "Ateş Et Ve Unut" mahnısına çəkilmişdir. Bu mahnı musiqi tərzi və sözləri ilə Mustafa Sandalın ilk mahnılarından fərqlənir. "Var Mısın Yok Musun" mahnısını Elit Kaya ilə duet olaraq ifa etmişdir. 2010-cu ildə Mahsum Kırmızıglün Nyu Yorkda beş minarə filmində çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BD%D0%B4%D0%B0%D0%BB,_%D0%9C%D1%83%D1%81%D1%82%D0%B0%D1%84%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç