Haluk Bilginer

Haluk Bilginer

Aktyor

BİOQRAFİYA

Nihat Haluk Bilginer 5 iyun 1954-cü ildə İzmirdə (Türkiyə) anadan olub. 1977-ci ildə Ankara Dövlət Konservatoriyasını bitirib İngiltərəyə köçür. 1985-1989-cu illər ərzində “İst End sakinləri” serialında xarizmatik Mehmet Osman rolunda çəkilib. Yazıçı Hilari Kinqslinin sözlərinə görə Bilginer Ömər Şərifə bənzərliyi və xarizması var. 2001-ci ildə avstraliyalı rejissor Qreqor Cordanın “Buffalo əsgərləri” qara komediyasında “Türk” ləqəbli kriminal avtoritet rolunda çəkilib. 2010-cu ildə Mahsun Kırmızıgülün rejissoru və ssenaristi olduğu “Nyu-Yorkda beş minarə” filmində baş rollardan birini ifa edib. 2014-cü ildə rejissor Nuri Bilge Ceylanın “Qış yuxusu” türk dramında baş rolda oynayıb. İki il sonra yüksəkbüdcəli Hollivud peplumu “Ben-Qurda” görünüb. 2018-ci ildə “Hellouin” qorxu filmində psixiatr Ranbir Sartan rolunda çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B8%D0%BB%D1%8C%D0%B3%D0%B8%D0%BD%D0%B5%D1%80,_%D0%A5%D0%B0%D0%BB%D1%83%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç