Ketrin Kiner

Ketrin Kiner

Aktrisa, prodüser

BİOQRAFİYA

Ketrin Kiner 23 mart 1959-cu ildə Mayami şəhərində (ABŞ) anadan olub. Amerikalı aktrisa “Satellite” (2000) mükafatının laureatıdır. İki dəfə “Oskar” mükafatına namizəd olub (2000, 2006). Bundan başqa iki qat “Qızıl Qlobus” nominantıdır. Həmçinin “Emmi” (2008) və BAFTA (2006) mükafatlarına namizəd göstərilib. Daha çox “Con Malkoviç olmaq”, “Kapote”, “Qırxyaşlı bakir”, “Simona”, “Rədd ol!” filmlərində aldığı rolları ilə məşhurdur. 1990-cı ildə Kiner aktyor Dermot Malruniyə ərə gedib. Onların birgə nikahdan 1999-cu ildə Klayd adlı oğulları dünyaya gəlib. 2007-ci ildə Malruni tərəflərin yola getmədiyini və münasibətlərində ixtilafın yarandığını əsas götürərək, boşanma üçün ərizə verib. Nikaha rəsmən 19 dekabr 2007-ci ildə xitam verilib. Kiner Bred Pit və Cennifer Enistonun yaxın rəfiqəsidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%BD%D0%B5%D1%80,_%D0%9A%D1%8D%D1%82%D1%80%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç