Bərhad Abdi

Bərhad Abdi

Aktyor

BİOQRAFİYA

Bərhad Abdi 1985-ci ildə Moqadişoda (Somali) anadan olub. Vətəndaş müharibəsi ilə əlaqədar ailəsi qaçqın düşüb və Yəmənə köçüblər. Uşaqlığı Yəməndə keçib. 14 yaşı olanda 1999-cu ildə Abdi ABŞ-ın Minneapolis şəhərinə köçüb. Daha sonra Minnesota dövlət institutuna daxil olub. Kinokaryerasına qədəm qoyana qədər limuzin sürücüsü, mağaza kargüzarı, dicey işləyib. 2013-cü ildə “Kapitan Fillips” bioqrafik dramında aktyor debütünü edib. Gəmini ələ keçirmiş quldur dəstənin başçısı Əbdülvali Musa rolunu oynayıb. Onun performansı kino tənqidçilərin müsbət rəyini qazanıb. Həmin filmdə oynadığı rola görə çoxsaylı kino mükafatlarına nominasiyalar qazanıb; ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Oskar” mükafatına namizəd olub. 2014-cü ildə Britaniya kinoakademiyasının (BAFTA) mükafatı ilə təltif edilib. Çoxsaylı nominasiyalardan və BAFTA mükafatı qazanmasından sonra Los-Anceles şəhərinə köçüb. Bir neçə video klip çəkib. Debüt rolundan sonra ona çoxsaylı televiziya və kino layihələrindən təkliflər gəlib. 2017-ci ildə “Yaxşı zaman” adlı kriminal dramına və “Ülgüclə qaçan 2049” elmi-fantastik trillerinə çəkilir. Ümumilikdə karyerası ərzində 15 filmə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm5831542/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç