Barri Ekroyd

Barri Ekroyd

Operator

BİOQRAFİYA

Barri Ekroyd 12 may 1954-cü ildə İngiltərənin Oldem şəhərində anadan olub. 1973-1976-cı illərdə Portsmut şəhər İncəsənət Kollecində oxuyub. Karyerasının əvvəlində sənədli və qısametrajlı filmlərin çəkilişlərində iştirak edib. Barri Ekroyun çəkdiyi ilk bədii film 1991-ci ildə ekranlara çıxmış “Riff-Raff” filmi sayılır. Həmin filmdə gördüyü iş karyerasında tramplin rolunu oynayıb. Sonradan daha çox baş operator olaraq müxtəlif televiziya və kino layihələrinə dəvət olunub. Rejissor Ken Louçun əksər filmlərinin operatoru olub. 1996-cı ildə “Pərvanə-adam” adlı qısametrajlı filmə görə BAFTA mükafatına namizəd olub. Britaniyanın kinooperatorlar cəmiyyətinin üzvüdür. “Fırtına hökmdarı” filmində gördüyü operator işinə görə BAFTA mükafatı laureatı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Barry_Ackroyd

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç