Pol Qrinqrass

Pol Qrinqrass

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Pol Qrinqrass 13 avqust 1955-ci ildə Böyük Britaniyanın Sürrey qraflığının Çim şəhərində dünyaya gəlib. Kembric universiteti nəzdində Kuins kollecini bitirib. “Ceyson Born” silsiləsindən olan 2-ci və 3-cü filmləri (Bornun üstünlüyü (2004), "Bornun ultimatumu” (2007) lentə aldıqdan sonra populyarlaşıb. Keçmiş xüsusi agent Born rolunu Mett Deymon oynayıb. Deymonun layihədən ayrılmasından sonra dördüncü hissəni çəkməkdən imtina edir. "Spinoff"da baş rolu Ceremi Renner ifa edib. 2016-cı ilə franşizanın sayca beşinci filmi ekranlara çıxıb. “Ceyson Born” adlı son hissəni Qrinqrass lentə alıb və baş rola istədiyi kimi məhz Mett Deymon çəkilib. 2013-cü ildə isə amerikalı dənizçini girov götürmüş somalili dəniz quldurlarından bəhs edən “Kapitan Fillips” bioqrafik dramını lentə alıb. Daha çox “Yoxa çıxmış reys" (2006), “Bornun Ultimatumu” (2007), "Ceyson Born" (2016) və “Qanlı bazar günü” (2002) filmlərinin rejissoru kimi şöhrət qazanıb. 2002-ci ildə “Qanlı bazar günü” filminə görə Berlin kinofestivalında “Qızıl ayı” mükafatı laureatı olub. 2018-ci ilin sonlarında öz yazdığı ssenari əsasında “22 iyul” adlı filmi ekranlara çıxacaq. Film Utoya adasındakı düşərgədə 77 nəfəri qana qəltan etmiş Norveçli terrorçu Breyvik haqqındadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Greengrass

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç