Oskar Faura 1975-ci ildə İspaniyada anadan olub
. Barselona film məktəbini bitirib və 1999-cu ildən operator kimi fəaliyyət göstərir. Onun ilk uğuru Xuan Antonio Bayonun rejissoru olduğu “Yetimlər evi” filmi olur. Bu kinodakı işinə görə o, Avropa kinoakademiyası tərəfindən "Ən yaxşı operator" mükafatına namizəd göstərilib. “Aqora” və “Maşinist” filmlərində ikinci briqada aktyoru kimi işləyib. “İmitasiya oyunu” filmindəki işinə görə 2015-ci ildə “Amerika Kinooperatorlar Cəmiyyəti” mükafatına namizəd göstərilib. “Bədheybətin səsi” filminə görə “Qoya” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/%C3%93scar_Faura