Tyerri Lermitt
Aktyor
Tyerri Lermitt – fransalı aktyordur. Komediya filmlərində canlandırdığı obrazlarla məşhurlaşıb. Kristian Klavye və digər aktyorlarla birlikdə “Le Splendid” truppasının üzvü olub. 1952-ci ildə Fransanın Bulon-Biyankur bölgəsində anadan olub. Tyerri Lermitt rəssam Leon Lermittin nəticəsi, nevroloq və psixiatr Jan Lermittin nəvəsi, nevroloq Fransua Lermittin qardaşı oğludur. Yüksək riyazi biliklərə malikdir. Tyerri Lui Paster adına litseydə iqtisadiyat üzrə kursu başa vurub. Orada oxuduğu vaxt Kristian Klavye və Jerar Junyo ilə tanış olub. Onlar birlikdə “Kafe-Teatr”da çıxış etməyə başladıqdan sonra birlikdə “Le Splendid” truppasını yaradıblar. Sonradan onlara Mari-Ann Şazel də qoşulur. Onların bəzi skeçləri o qədər populyarlaşır ki, tammetrajlı bədii film üçün adaptasiya edilir. 1984-cü ildə Klod Zidinin “Açın, polisdir!” filmində oynadığı rol ona şöhrət qazandırıb. Sonradan aktyor kult komediyanın iki sikvelində də rol alıb. Aktyorun üç övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D1%80%D0%BC%D0%B8%D1%82%D1%82,_%D0%A2%D1%8C%D0%B5%D1%80%D1%80%D0%B8