Riçard Robbins

Riçard Robbins

Bəstəkar, prodüser

BİOQRAFİYA

Riçarda Stiven Robbins - Amerikalı kino bəstəkarıdır. Karyerasının böyük hissəsini “Merçant-Ayvori” (rejissor-prodüser) tandeminin ərsəyə gətirdiyi filmlərə bəstəkarlıq edib. Robbins 4 dekabr 1940-cı ildə Massaçusets ştatında anadan olub. Boston şəhərində New England Konservatoriyasını bitirib. Tanınmış filantrop Frenk Hantinqton Bib onun musiqi təhsilini Vyanada davam etdirməsi üçün təqaüd ayırıb. Robbins homoseksual olub və Maykl Şellə uzunmüddətli vətəndaş nikahında yaşayıb. 1992-ci ildə “Hovards End” filminə, 1993-cü ildə isə “Günün qalan hissəsi” filminə yazdığı musiqiyə görə “Oskar” mükafatına namizəd olub. 1992-ci ildə eyni zamanda Semmi Kino Musiqisi mükafatına nominasiya qazanıb. Qocalığında Parkinson xəstəliyindən əziyyət çəkib. 2012-ci ildə 71 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Richard_Robbins_(composer)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç