Çarlz Şayer

Çarlz Şayer

Ssenarist

BİOQRAFİYA

Çarlz Riçard Şayer 1941-ci ildə Amerika Rejissorları Gildiyasının təsisçilərindən olmuş amerikalı kinorejissor Melvil Şayerin ailəsində dünyaya gəlib. Los-Ancelesin Kaliforniya Universitetini bitirib. Karyerasına “Qəribə cütlük” teleserialının çəkiliş meydançasında Harri Marşall və Cerri Belsonun köməkçisi olaraq başlayıb. 70-ci illərin sonlarında bir sıra populyar seriallarda prodüser köməkçisi və baş ssenarist vəzifəsinə qədər yüksəlib. 1977-ci ildə Bört Reynoldsun baş rola çəkildiyi “Polis və quldur” kəskin süjetli döyüş və komediya filminin ssenari müəlliflərindən biri olub. Növbəti il Cek Nikolsonla əməkdaşlıq edərək Alan Mendellə “Cənuba doğru” filminə ssenari yazır. Rejissor Hovard Ziffin “Ailəvi həkim” filmində yazdığı ssenariyə görə ABŞ ssenaristləri Gildiyasının mükafatına namizəd olur. 1980-ci ildə “Sıravi Bencamin” komediya filminin ssenarisinə görə “Oskar” nominasiyası qazanır. Dörd ildən sonra ilk dəfə olaraq rejissor kürsüsünə əyləşərək “Güzəştsiz ziddiyyətlər” qısametrajlı filmini lentə alır. Baş rollara Rayan Onil, Şelli Lonq və Drü Berrimor çəkilir. Daha çox “Sıravi Bencamin”, “Gəlin atası”, “Valideynlər üçün Tələ”, “Boyunbağı əhvalatı” , “Yaraşıqlı Alfi və ya Kişilər nə istəyir” və sair filmlərə yazdığı ssenariyə görə tanınır. Çarlz dörd dəfə evli olub. 1980-1999-cu illərdə rejissor Nensi Meyerslə nikahda olub. Cütlüyün birgə nikahdan Enni və Holli adlı iki qızı var. Evli olduqları müddətdə bir neçə filmi birgə lentə alıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D0%B9%D0%B5%D1%80,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D1%8C%D0%B7

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç