Roşan Set
Aktyor
Roşan Set 2 aprel 1942-ci ildə Hindistanın Bihar ştatının Patna şəhərində anadan olub. Anası müsəlman, atası hindlidir. Atası Patna Tibb Kollecində biokimya üzrə professor olub. Sen Stiven Kollecində tarix üzrə ali təhsil alıb. Daha sonra İngiltərəyə köçməzdən qabaq teatr sənətini Shakespeare Society teatr kurslarından öyrənib. Londona məskunlaşdıqdan sonra oranın Musiqi və Dram İncəsənət Akademiyasına daxil olub. Aktyor karyerasına teatr səhnəsində ayaq basıb. İlk uğurlu tamaşası Şekspirin “Yay gecəsində yuxu” əsərinin teatr adaptasiyası olub. Həmin tamaşada iştirak edən truppanın heyətində 1972-ci ildə qastrollara çıxıb. Kinoda debütünü 1974-cü ildə rejissor Riçard Lesterin “Juggernaut” filmində gerçəkləşdirib. Onu kinolara cəlb edərkən aktyorluq istedadına görə deyil daha çox etnik mənsubiyyətinə fikir verdiklərinə görə, məyusluğa qapılıb və Britaniya kinematoqrafiyasından “küsərək” dogma vətəni Hindistana geri dönüb. 1980-ci illərin əvvəllərinə kimi redaktor və müxbir vəzifələrində çalışıb. Sonradan karyerasında dönüş nöqtəsi sayılan an gəlib çatıb. Rejissor Riçard Attenboro onu “Qandi” filminin çəkilişlərinə baş rola dəvət edib. Film ona böyük uğur gətirir, tamaşaçıların və kino tənqidçilərinin rəğbətini qazanır. Oynadığı rola görə BAFTA mükafatına namizəd olur. Başlıca olaraq Britaniya və ABŞ istehsalı olan filmlərə çəkilir. Daha çox “Qandi” (Gandhi – 1982), “İndiana Cons və Taleh məbədi” (Indiana Jones and the Temple of Doom – 1984), “Küçə döyüşçüsü” (Street Fighter – 1994), “Sübut” (Proof – 2005) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 88 televiziya filmi, bədii film və seriala çəkilib. Aktyor olaraq rol aldığı ən son televiziya layihəsi – “Beecham House” serialıdır (imperator Şah Alam rolunda çıxış edir). Serialın 2019-cu ildə ekranlara çıxacağı gözlənilir. 2017-ci ildə isə “Diana və Mən” adlı televiziya filminə çəkilib. Şəxsi həyatına gəlincə 2004-cü ildə Pepita Setlə ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Roshan_Seth