Giriş Karnad

Giriş Karnad

Aktyor

BİOQRAFİYA

Giriş Karnad 19 may 1938-ci ildə Britaniya Hindistanında anadan olub. İbtidai təhsilini Sirsi şəhərində alıb. Uşaqlığında aktiv şəkildə özündə rəqs, musiqi, dialoqlar və gözəl milli geyimləri birləşdirən Yakşaqan teatr forması ilə məşğul olub. Sonralar Natka Mandalisin teatr truppasına qoşulub və müxtəlif tamaşalarda səhnəyə çıxıb. Karnadinin 14 yaşı olanda ailəsi Dharvad şəhərinə köçüb. 1958-ci ildə Giriş riyaziyyat və statistika ixtisası üzrə Karnataki Universitetində bakalavr dərəcəsi əldə edib. Daha sonra təhsilini davam etdirmək üçün İngiltərəyə yollanıb. Oksford Universiteti nəzdində Maqdalina Kollecinə daxil olub. İqtisadi fəlsəfə və iqtisadi politologiya üzrə təhsil alıb. 60-cı illərdə Giriş fəlsəfə üzrə magistr dərəcəsi əldə edir və Oksford ittifaqının prezidenti seçilir. Sonralar Oksford Universitetinin nəşriyyatında işə düzəlib. 70-ci illərin əvvəllərində bədii və televiziya filmlərinə çəkilməyə başlayıb. Elə həmin illərdə paralel olaraq yazıçılıq fəaliyyətinə başlayıb. Yazdığı kitablar ingilis, hind və digər dillərdə nəşr olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/girish_karnad/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç