Katrina Kef
Aktrisa
Katrina Kef 16 iyul 1983-cü ildə Honkonqda anadan olub. Londona köçməzdən əvvəl ailəsi ilə birgə bir neçə ölkədə yaşayıb. Yeniyetmə yaşında model qismində işə götürülüb, daha sonra karyerasını model olaraq davam etdirib. Londondakı moda nümayişlərindən birində rejissor Kayzad Qustadın diqqətini cəlb edib. Sonuncu onu 2003-cü ildə ekranlara çıxan “Bum” filminə dəvət edir. Film kassa gəlirləri baxımından özünü doğrultmur. Daha sonra 2004-cü ildə “Şahzadə Mllişvari” filminin çəkilişlərində iştirak edir. Aktrisa olaraq şöhrət qazanmasına 2005-ci ildə ekranlara çıxan, Salman Xanla birgə çəkildiyi “Mən necə sevdim” və 2007-ci ildə buraxılan Akşay Kumarla tərəf-müqabili olduğu “Namaste London” filmləri təkan verib. Çəkildiyi filmləri kassa uğuru qazansa da, kinoşünaslar onun eynitipli rollarda çıxış etməsi və fərqli obrazlar yarada bilməməsinə görə tənqid atəşinə tutub. 2009-cu ildə terror haqqında “Nyu-York” dramında çəkilir. Oynadığı rol ona "Filmfare Award" kinomükafatında ən yaxşı aktrisa nominasiyasını qazandırıb. Katrinanın şəxsi həyatı daima kütləvi informasiya vasitələrinin diqqətində olub. 2003-cü ildə Salman Xanla eşq macərası yaşayıb. 2010-cu ildə tərəflər dostcasına ayrılıblar. 2009-cu ildə “Qəribə məhəbbətin inanılmaz hekayəsi” filminin çəkilişlərində aktyor Ranbir Kapurla onun arasında yaxınlıq yaşanıb. 2010-cu ildə onlar açıq şəkildə görüşməyə başlayıblar. Halbuki əvvəl mətbuatda yayılan şayələri inkar edərək, sadəcə dost olduqlarını bildirirdilər. Yalnız 2015-ci ildə Kapur Katrina ilə münasibətlərinin ciddi olduğunu etiraf edib. 2015-2016-cı illər ərzində onlar Mumbayda yaşayış kompleksində eyni mənzildə yaşayıblar. 2016-cı ildə tərəflər yollarını ayırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: