Salman Xan

Salman Xan

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Salman Xan – hindistanlı aktyor və teleaparıcıdır. Bollivudun ən tanınmış aktyorlarından sayılır. Kinoda daha çox “Bir pələng vardı” (2012), “Qardaş Bacrangi” (2015), “Sultan” (2016), “Qorxmaz” (2010) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 120-ə yaxın televiziya/bədii film və seriala çəkilib. 27 dekabr 1965-ci ildə Hindistanın Madha-Pradeş ştatında müsəlman yazıçı və ssenarist Səlim Xan və hind rəssamı Salma Xanın ailəsində anadan olub. Bəzi mənbələr onun 1964-cü ildə dünyaya gəldiyini göstərsələr də, bu həqiqəti əks etdirmir, belə ki, Səlim və Salma 1964-cü ilin payız ayında ailə qurublar. Ailədə dörd bacı-qardaşı var. Atası sonradan evə ikinci həyat yoldaşı, tanınmış hind rəqqasəsi və aktrisası Heleni gətirib. Ondan övladı olmayıb. Buna baxmayaraq Salmanın uşaqları onu ikinci ana kimi qəbul edib. Salma Xan evləndikdən sonra İslam dinini qəbul edib, gündəlik namaz qılmağa və Quran oxumağa başlasa da, hind ənənələrini də unutmayıb. Səlimin ikinci həyat yoldaşı xristian olduğundan, ailəsi hər çərşənbə katolik kilsəsinə baş çəkib. Səlim Xanın ailəsinə ona görə hər zaman 3 dinin harmoniyası hökm sürüb. Sonradan Salmanın ailəsi Mumbaya köçüb. Salman indiyə kimi orada yaşayır. 6 may 2015-ci ildə Salman Xan yoldan keçən səfili içkili vəziyyətdə vurduğuna görə 5 il azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarılıb. İddia olunan cinayət 2002-ci ildə törədilib. Aktyor özü həmin gün ümumiyyətlə sükan arxasında olmadığını əmin edir. Məhkəmənin qərarı ölkədə böyük rezonans doğurub. 2015-ci ilin dekabr ayında Mumbay Ali Məhkəməsi bəraət alması haqqında qərar çıxarıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD,_%D0%A1%D0%B0%D0%BB%D0%BC%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç