Evancelin Lilli

Evancelin Lilli

Aktrisa

BİOQRAFİYA
Evancelin Lilli 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətinin Fort-Saskaçevan şəhərində anadan olub. "Qızıl Qlobus" mükafatının sahibidir. Daha çox "Lost" serialında Keyt Ostin roluna görə populyarlıq qazanıb. "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışıb. Təhsilini maliyyələşdirmək üçün o, reklamlarda çəkilir və model kimi çalışırdı; hərçənd özünü heç vaxt model hesab etməyib. Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. 2004-cü ildə Lillinin hər epizoda görə əmək haqqı 80 000 ABŞ dolları təşkil edirdi. Serial bitdikdən sonra, o, aktrisa kimi karyerasına son qoyub, humanitar işçi qismində karyerasını davam etdirməyi planlaşdırırdı. Lakin gələcəkdə televiziyaya qayıda biləcəyini də istisna etmirdi. 2009-cu ildə Evancelin Lilli “L’Oréal” firmasının reklam siması seçilib. 2013-cü ildə Piter Ceksonun "Hobbit" filmində rol alıb.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Evangeline_Lilly

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç