Noel Qulyemi

Noel Qulyemi

Aktyor

BİOQRAFİYA

Noel Qulyemi – amerikalı aktyordur. 29 dekabr 1970-ci ildə Santa-Monikada (Kaliforniya ştatı, ABŞ) anadan olub. İtalyan və Meksika əsillidir. Karyerası ərzində 200-dən çox bədii film və seriala çəkilib. Başlıca olaraq mənfi obrazları, o cümlədən quldur dəstəsi üzvləri və oğruları oynayır. Onun Hollivuddakı tipik rolu – cənubi-kaliforniyalı quldurdur. Kinoda antaqonist obrazlar canlandırmasına baxmayaraq, onun dürüst xristian olduğu, mütəmadi olaraq kilsəyə getdiyi deyilir. “Sınaq günü”, “Qara sərkərdə: Əfsanənin yüksəlişi” filmlərinə, “Məxfi materiallar”, “24 saat” seriallarına çəkilib. “Klivlend” cizgi filminin, “Grand Theft Auto: San Andreas” və “187 Ride or Die” oyunlarının səsləndirilməsində iştirak edib. “48 həftədən sonra”, “Kidnapped souls” filmlərinin prodüseri olub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/noel_gugliemi/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç