Co Krest

Co Krest

Aktyor

BİOQRAFİYA

Co Krest – amerikalı aktyordur. Qərbi Virciniya ştatında (ABŞ) doğulub boya-başa çatıb. Virciniya Universitetinin rejissorluq fakültəsini bitirib. Magistr dərəcəsini Luiziana ştatının universitetində alıb. Aktyor ABŞ Hərbi Hava Qüvvələrində xidmət keçib. Bölüyünün ən sərrast atıcılarından olub. Tərxis olunduqdan sonra "İgnition Film Repertory Company" bədii truppasını təsis edib. Aktyor sonralar Vaşinqtonun Kennedi mərkəzinin səhnələrində  və Los Ancelesin Amanson teatrında çıxışlar edib. Tanış olduğu xoreoqraf Kristin Krestlə ailə qurub. Birgə nikahdan iki övladı var (qız və oğlan). Böyük ekranlarda ilk rolunu 1993-cü ildə Stiven Soderberqin “Dağın kralı” filmində oynayıb. Bu rol onun üzünə ABŞ kinematoqrafiyasının qapılarını açıb. Televiziya və kinofilmlərdə müxtəlif planlı rollar alıb. Daha sonra “Mənim atalarımın inamı”, “Ouşenin on üç dostu”, “Görünməyən tərəf”, “Maço və Batan” kimi filmlərdə fərqli obrazlar canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Joe_Chrest

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç