Hovard Şor 18 oktyabr 1946-cı ildə Torontoda (Kanada) anadan olub. Bostonda Berkli Musiqi kollecini bitirib. 70-ci illərin əvvəllərində özünəməxsus tərzdə proqressiv hard-rok janrında mahnılar ifa edən “Lighthouse” qrupunda saksafonçu kimi çıxış edib. Qrupu tərk etdikdən sonra Şor illüziyaçı Duq Henninqin “Spellbound” şousuna musiqilər yazıb. “Hobbit”, “Üzüklər hökmdarı”, “Quzuların səssizliyi” filmlərinə yazdığı saundtreklərlə şöhrət qazanıb. “Oskar”, “Qızıl Qlobus”, “Qremmi” mükafatlarının sahibidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Howard_Shore