Verner Hertsoq

Verner Hertsoq

Rejissor, ssenarist, aktyor, prodüser, montajçı, operator

BİOQRAFİYA

Verner Hertsoq Stipetiç 5 sentyabr 1942-ci ildə Münhen şəhərində (Almaniya) anadan olub. Uşaqlığı Bavariyanın kənarında yerləşən Zaxranq adlı dağ kəndində keçib. Özünün dediyinə görə, şəhər həyatından o qədər təcrid olub ki, telefon dəstəyini əlinə yalnız 17 yaşında alıb. 12 yaşında olanda anası ilə yenidən Münhenə köçüb. Orada artıq kino və poeziya ilə maraqlanmağa başlayıb. Gəncliyində parlaq gələcəyi olan şair kimi çoxsaylı mükafatlar əldə edib. 13 yaşında olanda Hertsoqun valideynləri eksentrik aktyor Klaus Kinski ilə bir mənzildə yaşayıb. Gələcəkdə rejissor onu öz filmlərinə çəkir. Gimnaziyada oxuduğu əsnada gecə növbəsində polat əritmə zavodunda qaynaqçı işləyib. İlk filmləri üçün pulları bu yolla toplayıb. 17 yaşında olanda onun ssenarilərindən birini alman kinostudiyası alır. Ancaq müəllifin yetkinlik yaşına çatmadığını öyrəndikdən sonra layihə ləğv olunur. 1961-ci ildə gimnaziyanı bitirərək, Münhen Universitetinə daxil olur və tarix, ədəbiyyat və teatr üzrə ali təhsil alır. 1962-ci ildə tələbə ola-ola ilk filmi sayılan “Heraklı” lentə alır. 1963-cü ildə öz mini studiyasını təsis edir. 1964-cü ilin dekabr ayında “Alovun əlamətləri” filminə yazdığı ssenariyə görə Karla Mayer adına mükafatla təltif olunur. Verner Hertsoq üç dəfə evil olub. Aktrisa Yeva Matteslə nikahından bir qızı var. Hazırda Lena Hersoqla evlidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Werner_Herzog

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç