Sebastyan Kox 31 may 1962-ci ildə Almaniyada doğulub. Uşaqlığı və gəncliyi Ştutqartda keçib. Gələcəkdə özünü musiqiçi kimi görürdü, amma rejissor Klaus Paulmanla tanış olduqdan sonra aktyor olmaq qərarına gəlir. 1985-ci ildə Münhendə Otto Falkenberq adına məktəbdə aktyorluq dərsləri alıb. Elə həmin il Kox Münhendə Gənclər Teatrında çalışmağa başlayır. Ancaq bir müddət sonra Berlin Dövlət Teatrına gedir. 1986-ci ildə ilk dəfə “Tatort - Die Macht des Schicksals” serialına çəkilir. 2002-ci ildə Kox eyni zamanda “Der Tanz mit dem Teufel - Die Entfuehrung des Richard Oetker” və “Маnn” televiziya layihələrində iştirak edib. Kox dünyada aktyor kimi “Napoleon” serialından sonra tanınıb. 2006-ci ildə aktyor “Bambi” mükafatını qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sebastian_Koch