Cessi Conson

Cessi Conson

Aktyor, prodüser

BİOQRAFİYA
Cessi Conson 7 dekabr 1982-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Onun 3 yaşı olanda valideynləri boşanıblar. 2001-ci ildə Cessi “CBS Nash Bridges” teleserialı ilə debüt edib. Conson Los-Ancelesdə “Occidental College” teatrında təhsil alıb və 2004-cü ildə bitirib. 2007-ci ildə özünün tammetrajlı filmi “Redlayn” ilə debüt edib. Film dünya prokatından 6.8 mln dollar gəlir əldə edib. Ancaq film haqqında tənqidçilərin rəyləri heç də yaxşı olmayıb. Aktyor, həmçinin “Səkkizliyin əhatəsində" filmində Deymon obrazını canlandırıb. 2012-ci ildə “Con el culo al aire” ispan serialında Bobbi rolunda çəkilib. Onun son işi isə 2013-cü ildə “Linkolnun qətli” filmi olub. Filmdəki rolu yaxşı rəylərə səbəb olub, bir çox insan aktyorun bu rolunu karyerasının ən uğurlu rolu hesab edir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jesse_Johnson_(actor)

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç