Piter Cekson
Prodüser, rejissor
Piter Robert Cekson 31 oktyabr 1961-ci ildə Yeni Zelandiyada anadan olub. İlk olaraq "Bad Taste" adlı filmini 1987-ci ildə çəkib. Bu filmin aldığı müsbət münasibətlərdən sonra "Meet the Feebles" adlı kinoya (1989) rejissorluq edib. Ancaq bu film, "Bad Taste" qədər müvəffəqiyyətli ola bilmədi. 1993-ci ildə "Weta Digital" adlı şirkət qurub. "Cənnət Varlıqları" filmi ilə ilk "Oskar" mükafatı namizədliyini qazanıb. Özünün ilk böyük büdcəli Hollivud filmi olan "Sevimli Ruhlar" kinosu 1996-ci ildə nümayişə buraxılıb. Uşaqlığından bəri J. R. R. Tolkindən "Üzüklərin Hökmdarı" romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürüb. Rejissor, ilk filmdəki işi ilə üç nominasiyada "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor və Uyğunlaşdırılmış Ssenari" nominasiyaları üzrə "Oskar" Mükafatına namizəd olub. Üçüncü film "Kralın Dönüşü", Ceksona "Ən Yaxşı Film", Ən Yaxşı Rejissor və Uyğunlaşdırılmış Ssenari" sahələrində "Oskar" mükafatı qazandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Piter_Cekson