Ceyms Rebhorn

Ceyms Rebhorn

Aktyor

BİOQRAFİYA

Ceyms Robert Rebhorn – amerikalı aktyordur. Karyerası ərzində 100-dən çox film və seriala çəkilib. 1 sentyabr 1948-ci ildə ABŞ-da anadan olub. Bir neçə ildən sonra ailəsi İndiana ştatının Anderson şəhərinə köçüb. Ohayo ştatın politoloqiya üzrə ali təhsil alıb. 1970-ci ildə kolleci bitirdikdən sonra Nyu-Yorka yollanıb. Oarada Kolumbiya universitetində incəsənət fakültəsinə daxil olub. Müxtəlif teatrlarda çalışıb. 1980-ci illərdə televiziya filmlərinə çəkilməyə başlayıb. Aktyora daha çox avtoritet obrazlar, hüquqşünas, siyasətçi, həkim və hərbi zabit rolları həvalə olunub, bəzən mənfi obrazları o cümlədən tələbkar və amansız ailə başçısı obrazlarını da oynayıb. “Qanun və qayda” serialında silsilə qatil rolunu oynayıb. “Müstəqillik günü” elmi-fantastik filmində müdafiə naziri Nimzitski, “İstedadlı mister Ripli” trillerində isə mərkəzi qəhrəmanlardan birinin zəngin atası rolunu oynayıb. Aktyor özünü komediya janrında da doğruldub. “Valideynlərlə tanışlıq” filmində həkim Larri Benksi rolu tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. Ara-sıra Brodvey səhnəsinə də çıxıb. “On iki  qəzəbli kişi”, “Öpüşün müqəddiməsi” və digər tamaşalarda iştirak edib. Onun iştirak etdiyi “Vətən” serialı bir neçə “Emmi” mükafatına  və “Qızıl Qlobusa” layiq görülüb. Evli olub və iki övladı var. Aktyor 2014-cü ildə 65 yaşında uzun sürən xərçəng xəstəliyindən (dəri xərçəngi, diaqnozu 1992-ci ildə qoyulub) dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%B1%D1%85%D0%BE%D1%80%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81#cite_note-mk-6

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç