Cadd Hörş
Aktyor
Cadd Seymor Hörş – amerikalı aktyordur. Hirş daha çox zəngin televiziya karyerası ilə tanınıb. “Taksi” (1978-83), “Əziz Con” (1988-1992) sitkomlarında baş rolları oynayıb. Növbəti minillikdə “Rəqəmlər” (2005-2010) və “Əbədilik” (2014-2015) serialında ikinci plan rollara çəkilib. Hirş karyerası ərzində iki dəfə “Emmi” və “Qızıl Qlobus” mükafatı alıb. Həmçinin Brodvey pyeslərindəki çıxışlarına görə ikiqat “Toni” mükafatçısı olub. Eyni zamanda “Adi adamlar” (1980) filmində ikinci plan rola görə “Oskar” mükafatına namizəd olub. Cad Hörş 1935-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olub. Atası Cozef Sidni Hirş, anası Salli Hirşdir. Cadın Roland Hirş adlı qardaşı var. Bruklində boya-başa çatıb, Nyu-York məktəbində fizika üzrə oxuyub. 1952-ci ildə kolleci bitirərək, ABŞ ordusunda xidmətə yollanıb. Teatrda debüt edənə qədər, mühəndis işləyib. Hörş iki dəfə evli olub. İlk evliliyi 1956-1967-ci illərə təsadüf edir. İkinci dəfə 1992-ci ildə Bonni Çalkinlə ailə qurub. Onların üç övladı var. Hazırda Nyu-Yorkda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D1%80%D1%88,_%D0%94%D0%B6%D0%B0%D0%B4%D0%B4